01.02.2023

Ətraflı məlumat üçün əlaqə telefonu:
+994 55 653 10 10
Azərbaycan, Bakı şəh., Dəniz Mall
Mikayıl Useynov pr, 26 B
udiadimaxa.com

Uşaqlar üçün master-klass menyusu – fevralda “У DЯDИ МАКСА” restoranında

“У DЯDИ МАКСА” - “Restaurants by Emin Agalarov” holdinq restoranı, bu fevral ayında sizi və uşaqlarınızı müxtəlif master-klasslarla təəccübləndirəcək. 3 Fevral. Balaca qonaqlar gips fiqurlarının rənglənməsi (10 AZN) və son illərin ən dəbli oyuncağı olan - slaymın hazırlanması üzrə master-klasslarla əylənəcəklər.
4 Fevralın. Uşaqlarla eko çanta (16 AZN) və qumdan şəkil düzəldirik (15 manat).
5 Fevral. Öz əllərimizlə, master-klassdan hər daim xatirə qalacaq yumşaq oyuncaqlar hazırlayırıq (13 manat).
10 Fevral. Qonaqları ləzzətli master-klass gözləyir: ürək formalı tort (16 AZN) və peçenye (13 AZN) və bunlarla yanaşı gips fiqurların rənglənməsi (16 AZN).
11 Fevral. Uşaqlarla ürək formalı yastıq düzəldirik (20 AZN), kətan üzərində rəsm çəkirik (10-13 AZN), köynək (15 AZN) və zərgərlik qutusu (13-18 AZN) rəngləyirik.
12 Fevral. “Love is” fincanlarının rənglənməsi ilə məşğul oluruq (16 manat), sonra yenidən slaymların hazırlanması (16 AZN) davam edir.
17 Fevral. Gül dünyası ilə təmasda olacağıq, birlikdə müxtəlif gül qabları hazırlayacağıq (23 AZN) və həmçinin də parlaq slaymlar yaradacağıq (13 AZN).
18 Fevral. Hər bir uşağın özünü parfümer kimi sınayaraq, öz original ətirlərini yarada biləcəyi gündür (16 AZN).
19 Fevral. 2023-cü ilin trendi – makrome dekorlarının toxunması (13-18 AZN).
20 Fevral. Slaymların hazırlanması üçün ayrılır (13 AZN).
25 Fevral. Uşaqlarla eko-çanta düzəldirik (16 AZN) və bu ayı gips fiqurlarının rənglənməsi ilə (10 AZN) çox gözəl şəkildə sonlandırırıq.
Balaca qonaqlarımızı bizimlə yaradıcılıq işlərinə dəvət edirik!

RUS    EN

Обратная связь

Спасибо!

Ваше сообщение успешно отправлено.