17.03.2023

Novruz bayramınız mübarək! "Restaurants by Emin Agalarov"a bahar gəlib!

Təqvimlə bahar gəlib, onunla birlikdə "Restaurants by Emin Agalarov" restoran və kafe şəbəkəsində yaz yenilikləri təqdim edilib. Gəlin 17-25 mart tarixlərində Novruz bayramını birlikdə qeyd edək. 

Sizi təbiətin oyanması münasibətilə maraqlı tədbirlər proqramı gözləyir.  Beləliklə, proqram 17 martda saat 20:00-dan 22:00-dək Fuad Bakınski ilə başlayır, növbəti axşam isə İmranla davam edir. 

"Shore House"da möhtəşəm Novruz bayramı proqramı olacaq: 18 mart tarixində qonaqları saat 19:00-22:00-da Fuad Əsədovla canlı axşam musiqisi gözləyir. 19 mart tarixində bazar brançını saat 11:00-dan 14:00-dək nərd oynayaraq və tarzən Orxan Abdullayevin və İmranın ifasında canlı musiqiyə qulaq asaraq keçirmək olar. Uşaqlar üçün isə "Qoğal" kukla teatrı tamaşası, rənglənmə master-klası və fotosessiya keçiriləcək. Qonaqlar 21 martda Hüseyn Best və Rüfət Əsədovun qrupu ilə xüsusi şou-proqramdan həzz ala biləcəklər, habelə 21 və 23 mart tarixlərində saat 11:00-dan başlayaraq uşaqlar üçün hər bir uşağın iştirak edə biləcəyi master-klas keçiriləcək. Martın 25-də axşam Mikayıl Rəfiyevin ifasında canlı musiqi proqramı təqdim ediləcək, martın 26-da isə qonaqları saat 11:00-dan başlayaraq uşaqlar üçün master-klas, axşam isə saat 19:00-dan 22:00-dək Hüseyn Bestlə musiqi gecəsi gözləyir.

Dəniz oazisimiz "Fish Box"da film izləyərək real dünyanın qayğılarından azad ola bilərsiniz: Martın 18-də restoranda "Mərkəzi Kəşfiyyat", martın 19-da "Klik", 25-də "Ehtirasdan kor olmuş", 26-da isə "Ford Ferrari-yə qarşı" kinofilmləri nümayiş etdiriləcək.

Bakıda unikal pivə mədəniyyətinə sahib olan maraqlı "BeerBaşa" restoranı sizi axşamınızı şəhərin ən yaxşı diceyləri ilə birlikdə keçirməyə dəvət edir. 17 mart tarixində DJ Rafo bayram həftəsinin açılışını edəcək, 18 martda DJ Khasso-nun performansı təqdim ediləcək, 19 martda isə Elmir canlı musiqi ilə çıxış edəcək. 

"Zafferano"da sizi musiqili həftəsonları gözləyir - hər axşam xüsusi qonaqlar saat 20:00-dan 23:00-dək ən yaxşı proqramlarını sizə təqdim edəcəklər. Bayram axşamını 17 mart tarixində, saat 20:00-dan saksofonçunun müşayiəti ilə Hilal Süleymanov açacaq, 19 mart tarixində sizi klavişdə ifa edən unikal Jiva-nın ifası gözləyir, 20 martda isə "Nijat Aslanov traditional jazz quartet" sizi ənənəvi Azərbaycan cazı ilə sevindirəcək. 18 və 24 mart tarixlərində saksofonçunun müşayiəti ilə istedadlı Leys Izzy-nin ifasını dinləyə biləcəksiniz, martın 25-də bayram günlərini diceylə cazibədar Rilaya yekunlaşdıracaq. 

"У DЯDИ МАКСА" azyaşlı qonaqları üçün zəngin master-klas, şou və kino nümayişi proqramı hazırlayır. Martın 17-də uşaqlar 16:00-da makrame toxuya biləcək, 19:00-da isə film nümayişi başlayacaq. Martın 18-də saat 16:00-da vazaların rənglənməsi və güzgülərin bəzədilməsi mövzusunda master-klas baş tutacaq, 19 və 20 mart tarixlərində, saat 12:00-da "Novruz Puppet Show" izləyiciləri sevindirəcək, saat 16:00-da isə çantaların milli motivlərlə bəzədilməsi mövzusunda master-klas keçiriləcək. 20-21 mart tarixlərində qonaqları ənənəvi Novruz personajları Kosa və Keçəl əyləndirəcək, 19:00-da isə xüsusi olaraq bayram üçün hazırlanmış filmlər nümayiş etdiriləcək. Martın 23-də, saat 16:00-dan başlayaraq Novruz bayramına həsr edilmiş master-klaslar baş tutacaq, martın 24-ü isə 19:00-dan başlayaraq kino nümayişi olacaq. Bayram 25 mart tarixində, saat 14:00-da animatorlarımızın iştirak etdiyi böyük uşaq əyləncə gecəsi ilə yekunlaşdırılacaq.

Bayramı çox qeyd etmək mümkün deyil. Sizinlə keçirdiyimiz anları yüksək dəyərləndirir və "by Emin Agalarov" restoranlarında yolunuzu gözləyirik.

RUS  

Обратная связь

Спасибо!

Ваше сообщение успешно отправлено.