logo

Zafferano Baku

Azərbaycan, Bakı,
Neftçilər prospekti 26a,
Dəniz Mall
+994 55 653 10 10
10:00 – 23:00

İtalyan dilində çox zərif səslənən “Zafferano” sözü mənşəyini dünyanın ən bahalı ədviyyələrindən birinin adından – zəfəran sözündən götürüb. Nəcib, zərif, özünəməxsus dad “ədviyyələrin hökmdarı” ilə yanaşı, Emin Ağalarovun Moskvada bir neçə ildir uğurla fəaliyyət göstərən eyniadlı restoranının konsepsiyasına da xasdır. İyulun 15-də restoran Dəniz Mall ticarət-əyləncə mərkəzinin 1-ci mərtəbəsində qapılarını ziyarətçilərin üzünə açıb.

“Zafferano” restoranının müasir və lakonik interyeri təbii materiallardan istifadə edilməklə sakit tonlarda işlənib və yaşıllıqla bəzədilib.

“Zafferano” restoranının menyusu baş rolu Azərbaycan mətbəxinin yeməklərinə məxsus olan kulinariya ensiklopediyasına bənzəyir. Burada Avropa və şərq yeməkləri müəllif təqdimatında hazırlanır. Tənək dolması, şabalıd və albuxaralı ənənəvi Azərbaycan plovu – tərəvəz, ət, quş əti, balıq və dəniz məhsullarından hazırlanmış yüzdən artıq ətirli və ləziz yemək. Bu yeməklər süfrəyə şərab siyahısı ilə birlikdə verilir.

Bakı ənənələrindən ilham almış “ZAFFERANO” restoranı müasir tendensiyalarla qədim şəhərin özünəməxsusluğunu, nəcib şərq koloritini və dəbli zərifliyi bir araya gətirir. Əsl Bakı qonaqpərvərliyi məhz burada başlayır.

KİV-də haqqımızda:

media.az
Дайджест Restaurants by Emin Agalarov

RUS    EN


Обратная связь

Спасибо!

Ваше сообщение успешно отправлено.